Göyçay və Araz çaylarında boğulanların meyiti tapıldı

Üç gün əvvəl çayda batan uşağın meyiti tapılıb. Ucarın Rəstəcə kənd sakini, 11 yaşlı Səid Həsənov iyunun 23-də yoldaşları ilə birlikdə Göyçay çayının Qulabənd kəndindən keçən hissəsində çimərkən suda boğulub. Hadisə yerinə Dövlət Sularda Xilasetmə Mərkəzinin əməkdaşları cəlb olunub. Səid Həsənovun meyiti ötən axşam batdığı yerdən 35-40 kilometr aralıda, Zərdab rayonu ərazisində aşkarlanıb və sudan çıxarılaraq təhvil verilib.

İmişlidə də gənc oğlan çayda batıb. Rayon sakini, 18 yaşlı Bəhruz Mahmudov ötən gün Araz çayında çimərkən boğulub. Dərhal axtarışlara başlanılıb və cəsəd batdığı yerdən 20 metr kənarda aşkarlanıb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə