Ağdamda bıçaqlanma hadisəsi olub

Ağdamda bıçaqlanma hadisəsi qeydə alınıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə dünən rayonun Quzanlı qəsəbəsində qeydə alınıb. Ağdam rayonu Bağbanlar kənd sakini, 1995-ci il təvəllüdlü Quluyev Bəhruz Səxavət oğlu tanışı tərəfindən qol nahiyəsindən bıçaqlanıb. Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə