Rusiyanın Uzaq Şərq bölgəsində meşə yanğınları son sutka ərzində 7 min hektar meşə sahəsini məhv edib.Yanğınların söndürülməsinə 595 canlı qüvvə, 75 ədəd texnika və 5 təyyarə cəlb olunub.

Ötən gün Rusiya ərazisində 7 min hektardan çox sahəni əhatə edən 59 meşə yanğını qeydə alınıb.

Yanğınlardan ən çox Yakutiya, Amur vilayəti və Xabarovsk diyarı zərər çəkib. Sutka ərzində 15 meşə yanğını söndürülüb.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə