Lənkəranda adam öldürən şəxs tutulub

Lənkəranda evə basqın edərək ananın ölümünə, qızının isə ağır xəsarət almasına səbəb olan şəxs saxlanılıb. APA-nın cənub bürosunun verdiyi məlumata görə, aparılan araşdırmalar zamanı məlum olub ki, hadisəni tördən şəxs Buzovna sakini Əkbərov Əziz Zeydulla oğludur. Keçirilmiş əməliyyat zamanı o, paytaxt Bakının Buzovna qəsəbəsində saxlanılıb.

İyunun 21-nə keçən gecə cinayətkar Lənkəran rayonu Liman şəhərində evə basqın edərək 1954-cü il təvəllüdlü Nəcəfova Arifə Əsəd qızı və onun qızı, 1977-ci il təvəllüdlü Nəcəfova İlahə Təvəkkül qızına bıçaq xəsarətləri yetirib. Nəticədə 63 yaşlı qadın xəstəxanada dünyasını dəyişib. Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə