Ələt-Astara yolunun Salyan rayonunun Yenikənd kəndi ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib. SİA-nın verdiyi məlumata görə, "Mercedes" markalı avtomobil ilə hazırda markası məlum olmayan minik maşınının toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara ilkin tibbi yardım göstərilib. Yaralılardan birinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə