Bakı - Qazax yolunda qəza: 2 ölü

Bakı-Qazax avtomobil yolunun 168-ci km-də \"Mitsubishi\" markalı minik avtomobili aşıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, nəticədə üç sərnişin yaralanıb, onlardan 1961-cı il təvəllüdlü Məsimov Fazil Qəhrəman oğlu və sürücü - 1986-cı il təvəllüdlü Əhmədov Elşən Sübhan oğlu həlak olaraq nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Yaralılar dərhal xəstəxanaya aparılıb. Hadisə yerinə cəlb edilmiş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə E.Əhmədovun cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə ailəsinə təhvil verib və ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Ceyhun Rasimoğlu

Şərh yaz