Necdet Ünüvar: "Seçkilər azad və demokratik mühitdə keçirildi"

"Biz dünən günboyu Azərbaycanda keçirilən prezident seçkilərində bir neçə seçki məntəqəsində səsvermə prosesini izlədik. Səsvermə zamanı təhlükəsizlik tədbirləri yüksək səviyyədə idi". SİA-nın məlumatına görə, bunu Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar deyib.

Seçkilərin azad və demokratik mühitdə keçirildiyini bildirən N.Ünüvarın sözlərinə görə, səsvermə zamanı hər hansı qarşıdurma yaşanmayıb: "Seçkilərdə qadınlar da çox fəal idilər. Prezident seçkilərində qələbə münasibətilə cənab İlham Əliyevi təbrik edirik. Azərbaycanın daha da inkişaf etməsini arzulayırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə