Çexiyadakı azərbaycanlılar səsvermədə fəallıq nümayiş etdirirlər

Aprelin 11-də Çexiyadakı səfirliyimizdə Azərbaycan Respublikası Prezidenti seçkiləri üçün 16 saylı Yasamal ikinci seçki dairəsinin 36 saylı seçki məntəqəsi açılıb.

SİA-nın verdiyi məlumata görə, səsvermə prosesinin başladığı andan etibarən seçki məntəqəsində seçici fəallığı müşahidə olunub.

Səfirlikdə yaradılmış seçki məntəqəsində səfirlik əməkdaşları ilə yanaşı, Çexiyada yaşayan, çalışan, təhsil alan və ezamiyyətdə olan, seçki hüququna malik Azərbaycan vətəndaşları səs verirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə