Qazaxıstanlı müşahidəçi: Veb-kameralar səsvermənin şəffaf keçməsinə şərait yaradır

İndiyə qədər apardığımız müşahidələrə əsasən deyə bilərəm ki, seçki prosesi normal şəraitdə davam edir. Heç bir qanun pozuntusuna rast gəlməmişik.

SİA-nın verdiyi məlumata görə, bu fikri Azərbaycanda prezident seçkilərini izləyən Qazaxıstan Senatının üzvü Muratbay Joldasbayev deyib.

O deyib: “Seçici fəallığı xüsusilə diqqət çəkir. Baş çəkdiyimiz məntəqələrdə hər hansı neqativ hal qeydə almamışıq. Heç bir narazılıq yoxdur. Seçkilərin təşkili yüksək səviyyədədir. Xüsusilə veb-kameraların quraşdırılması seçkinin şəffaf keçirilməsinə şərait yaradır”.

Bütün xəbərlər Facebook səhifəmizdə