Azərbaycanın Moskvadakı səfirliyində yaradılan seçki məntəqəsində 1499 seçici qeydiyyata alınıb

Azərbaycanın Rusiyadakı səfirliyinin binasında yaradılmış seçki məntəqəsində səsvermə davam edir.

SİA-nın verdiyi məlumata görə, səfirliyin binasında yerləşən 17 saylı Yasamal üçüncü seçki dairəsinin 47 saylı məntəqəsi Moskva vaxtı ilə saat 08:00-da açılıb, ilk seçicilər səsvermədə iştirak ediblər. Seçki məntəqəsinin sədri Ağalar Atamoğlanov jurnalistlərə bildirib ki, məntəqədə 1499 seçici qeydiyyata alınıb.

Azərbaycanın Sankt-Peterburqdakı və Yekaterinburqdakı baş konsulluqlarında da seçki məntəqələri fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə