Arye Qut: "İnanıram ki, seçilən namizəd Azərbaycanın gələcəyi üçün böyük işlər görəcək"

Səhərdən etibarən 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı seçki məntəqəsindəyik.

Bunu SİA-ya prezident seçkiləri ilə bağlı keçirilən səsvermə prosesini izləyən İsraildən olan müşahidəçi Arye Qut deyib: “Səsvermə saat 08.00-da başlayıb və hər şey qaydasındadır. Seçkilər normal və şəffaf keçir. Baxmayaraq ki, bu gün dünyada Azərbaycana qarşı qara qüvvələr var və Azərbaycanı mənfi göstərməyə çalışırlar. Bu gün İsraildən bura 9 nəfər gəlib. Bu insanlar arasında İsrailin keçmiş nazirləri və deputatları var. Seçki prosesi açıq şəkildə keçir. İnanıram ki, seçilən namizəd Azərbaycanın gələcəyi üçün böyük işlər görəcək”.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə