Beyləqanlılar uğurlu gələcəyə səs verəcəklər FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahının Beyləqən rayon şöbəsinin seçki qərargahın üzvləri 11 aprel 2018-ci ildə keçiriləcək Prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Mil, Milabad və Yeni Mil kəndlərində seçicilərlə növbəti görüş keçiriblər. SİA-nın verdiyi məlumata görə, bayram əhval-ruhiyyəsi, böyük ruh yüksəkliyi ilə keçən görüşdə millət vəkili Şahin İsamyılov, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev və YAP Mərkəzi Seçki Qərargahının Beyləqən rayon şöbəsinin seçki qərargahın üzvləri iştirak ediblər.

Görüşdə Mərkəzi Seçki Qərargahının Beyləqan rayon şöbəsinin sədri Rəfail Pəsiyev YAP-ın prezidentliyə namizədi Cənab İlham Əliyevin rəhbərliyi ilə 2003-2018-ci illər ərzində Azərbaycanın nail olduğu möhtəşəm tarixi nailiyyətlərdən, ölkəmizin beynəlxalq nüfuzunun gündən-günə möhkəmlənməsindən, sürətli iqtisadi inkişafa nail olmasından danışıb. Qeyd edib ki, Prezident İlham Əliyev bütün fəaliyyəti dövründə Azərbaycanın milli maraqlarını, vətəndaşlarının mənafeyini müdafiə edib, onların sosial rifah halının daha da yaxşılaşdırılması üçün bütün imkanları səfərbər edib, uğurli sosial siyasət həyata keçirib. Rayon təşkilatının sədri ölkəmizdə qazanılmış uğurların davamlılığını təmin etmək üçün seçiciləri ölkəmizin gələcək inkişafına səs verməyə çağırıb.

Millət vəkili Şahin İsamyılov çıxışında ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə Azərbaycanın qazandığı möhtəşəm tarixi nailiyyətləri qeyd edərək, ölkəmizdə həyata keçirilən genişmiqyaslı və çoxşaxəli işlər, eləcə də qarşıda duran strateji hədəf və məqsədlər haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, bu müddət ərzində Azərbaycan xalqının vahid Liderinə çevrilən İlham Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirərək, onu müasir tələblər və çağrışlar nəzərə alınmaqla daha da təkmilləşdirmişdir: "Cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın milli mənafelərinə müvafiq olaraq həyata keçirilən genişmiqyaslı işlərin əhəmiyyəti ölçüyəgəlməzdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin düşünülmüş, cəsarətli və uzaqgörən siyasəti nəticəsində Azərbaycan sözün əsl mənasında iqtisadi və siyasi cəhətdən müstəqil, hüquqi bir dövlətə çevrilmişdir. İctimai-siyasi həyatımızın bütün sahələrini əhatə edən əsaslı islahatlar daha da dərinləşmiş və şaxələnmişdir".

Millət vəkili belə bir inkişaf dövrünü Prezident Cənab İlham Əliyev rəhbərliyi ilə yaşayan xalqımızı bütün bunlara rəğmən Azərbaycanın gələcək inkişafı naminə Cənab İlham Əliyevə səs verməyə çağırdı.

Görüşdə çıxış edən "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin dövlət və xalq üçün gördüyü xeyirli-gərəkli fəaliyyətindən danışıb. Bildirib ki, ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsi məhz Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasətinin məntiqi nəticəsidir. Baş redaktor qeyd edib ki, Cənab İlham Əliyev siyasətinin prioritet istiqamətlərindən birini təşkil edən sosial siyasət sahəsində həyata keçirilən ardıcıl, məqsədyönlü işlər sayəsində vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində önəmli nəticələr əldə edilmiş, cəmiyyətimizin sosial həyatının bütün sahələrində indiyə qədər görünməmiş nəticələr qazanılmışdır: "Biz bu gün gələcəyimizə çox inamla baxırıq, çünki biz gələcəyə müdrük dövlət xadimi, uzaqgörən və cəsarətli siyəsətçi, güclü şəxsiyyət, dünya liderləri arasında xüsusi yeri və mövqeyi ilə seçilən Liderimiz - İlham Əliyevlə gedirik".

B.Quliyev seçiciləri Azərbaycanın işıqlı, uğurlu və etibarlı gələcəyi naminə xalqımızın Lideri İlham Əliyevə verməyə çağırıb.

Görüşdə çıxış edən seçicilər ümumxalq səsverməsində həmişə olduğu kimi yaxından iştirak edəcək və hamılıqla Ulu Öndər Heydər Əliyevin siyasi ideyalarının layiqli davamçısı, ölkə başçısı Cənab İlham Əliyevə səs verəcəklərini bildirdilər.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə