Zaqatala seçiciləri siyasi sabitliyə səs verəcək SƏS TV

11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin təbliğat-təşviqat kampanyası çərçivəsində YAP Mərkəzi Seçki Qərargahının Zaqatala rayon şöbəsi Mamrix və Gözbarax kədlərində secicilərlə görüş keçirib. Görüşdə 300-ə yaxın seçici iştirak edib.

Tədbiri giriş sözü ilə açan Zaqatala rayon şöbəsinin sədri Habil Qurbanov 2003-2018-ci illərdə Azərbaycanın Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında möhtəşəm tarixi nailiyyətlər qazandığını vurğulayıb. Qeyd edib ki, dünyada qlobal maliyyə böhranının getdikcə dərinləşməsi ilə müşayiət olunan bir zamanda ölkəmizdə həyata keçirilən siyasi-iqtisadi idarəçilik modeli nəticəsində, bütün sahələrdə uğurlar və yeniliklər əldə edilmişdir. Bu gün Azərbaycanı bütün dünyada demokratik, qüdrətli və öz sözünü deməyə qadir olan ölkə kimi tanıyırlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düşünülmüş siyasəti, möhkəm iradəsi, ölkəmizdəki ictimai-siyasi sabitlik sayəsində Azərbaycan hər sahədə inkişaf edir. Seçiciləri Azərbaycanın daha da çiçəklənməsi və uğurlu gələcəyi üçün YAP-ın namizədi Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Görüşdə YAP Zaqatala rayon şöbəsinin sədr müavinləri Əsgər Məmmədov, Xanım İsayeva və Namidə Süleymanova, YAP Zaqatala rayon təşkilatının şura üzvü Tahir Məmmədov və başqaları çıxış edərək, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdən bu günə kimi Azərbaycanın iqtisadi həyatında yeni bir dövrün olduğunu, ölkənin iqtisadi həyatı ilə bağlı yeni mənzərənin meydana çıxdığını bildiriblər. Bu dövrdə ölkədəki inkişaf və baş verən yeniliklərin prinsipləri Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş bütün konsepsiyalar uğurla davam etdirilməklə yanaşı, müasir dövrün tələbləri qarşısında bəzi keyfiyyət dəyişiklikləri ilə zənginləşdiyini vurğulayıblar. Ölkə Prezidenti İlham Əliyevin Azərbaycanın inkişafı üçün gördüyü işlərdən danışaraq, seçiciləri gələcəkdə uğurların və sabitliyin davamlı olması üçün Cənab İlham Əliyevə səs verməyə çağırıblar.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə