Ağdaşlılar YAP-ın namizədinə səs verəcəklər

11 aprel 2018-ci il tarixə təyin olunan Azərbaycan Respublikasının Prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Ağdaş rayonun Abad, Pirəzə, Ağzıbir və Kotavan kəndlərinin seçiciləri ilə keçirilib. SİA-nın verdiyi məlumata görə, görüşdə çıxış edən millət vəkili Cavid Osmanov görüş iştirakçılarına son illər ərzində cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın əldə etdiyi uğurlar haqqında geniş məlumat verdi.

Daha sonra ölkədə aparılan abadlıq-quruculuq işləri haqqında söz açaraq bütün bunların Yeni Azərbaycan Partiyasının Sədri, cənab Prezidentimiz İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsi olduğunu qeyd etdi. Ağdaş camaatının qədirbilən bir camaat olduğunu söyləyən Cavid Osmanov ağdaşlıların həmişə dövlətə-dövlətçiliyə sadiqlik nümayiş etdirdiklərini görüş iştirakçılarının diqqətinə çatdırdı.

Seçicilərin coşqu ilə iştirak etdiyi görüşlərdə çıxış edən sakinlər Qalibə Əliyeva, Nofəl Məmmədov, Ceyran Əhmədova, Lətif Mustafayev və Araz Kərimov bildirdilər ki, onlar bütün seçki kampaniyalarında fəal şəkildə iştirak ediblər və Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin yürütdüyü siyasətdən razıdırlar. Məhz 11 apreldə keçiriləcək Azərbaycan Respublikasının Prezident seçkilərində də bunun qarşılığı olaraq Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevə yekdilliklə səs verəcəklər.

Görüşdə təbliğat qrupunun üzvlərindən Tənzilə Şıxıyeva və Vaqif Hacıyev çıxış edərək seçiciləri ölkəmizin gələcək inkişafı naminə Cənab İlham Əliyevə səs verməyə çağırdılar.

Zümrüd Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə