Binəqədililər Cənab İlham Əliyevi dəstəkləyəcəklər

YAP Binəqədi rayon təşkilatında prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş rayon seçiciləri ilə keçirilib.

Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsinin sədri Ramiz Göyüşov bu il aprelin 11-də keçiriləcək prezident seçkilərinə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin siyasi fəaliyyətinə ətraflı diqqət yönəldib. Ölkə Prezidentinin iqtisadiyyat, kənd təsərrüfatı, ictimai-siyasi sabitlik, ordu quruculuğunun inkişafı sahələrində mühüm və təxirəsalınmaz islahatlar həyata keçirdiyini bildirib. R.Göyüşov, eyni zamanda, dövlət başçısı Cənab İlham Əliyevin uğurlu və məqsədyönlü xarici siyasəti haqqında fikirlərini bölüşüb. Çıxışında bütün seçiciləri qarşıdan gələn prezident seçklərində fəal olmağa və Cənab İlham Əliyevə səs verməyə çağırıb.

YAP-ın Siyasi Şurasının üzvü Elmar Qasımov çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə müxtəlif sahələri əhatə edən uğurlu siyasi strategiyanı ətraflı təhlil edib. Bir çox müsəlman ölkələrini cənginə alan fəlakətlərdən ətraflı bəhs edərək, bunun fonunda Azərbaycanın sürətlə inkişaf etdiyini və dünya dövlətləri ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb. E. Qasımov YAP Binəqədi rayon təşkilatının fəaliyyətinə də toxunaraq, onun partiyanın ən qabaqcıl və fəal rayon təşkilatlarından biri olduğunu bildirib. Cənab İlham Əliyevin seçki kampaniyasının yüksək səviyyədə qurulduğunu bildirərək, bütün seçiciləri Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Milli Məclisin deputatı Kamaləddin Qafarov çıxışında qeyd edib ki, Cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyev ideyalarının ən layiqli davamçısı olaraq daim ölkəmizin inkişafı və xalqımızın rifahı üçün çalışıb. O, bütün seçiciləri bu ilin 11 aprel tarixində keçiriləcək Prezident seçkilərinə gedərək, Yeni Azərbaycan Partiyasının namizədi, xalqımızın layiqli siyasi rəhbəri Cənab İlham Əliyevə səs verməyə dəvət edib.

Yeni Azərbaycan Partiyasının fəalı Aslan Mehdiyev isə çıxışında kənd təsərrüfatının inkişafından ətraflı danışıb. A.Mehdiyev Prezident İlham Əliyevin siyasi qətiyyəti və rəhbərliyi

altında tezliklə erməni işğalı altındakı torpaqlarımızın işğaldan azad olunacağına əminliyini bildirib. Bütün seçiciləri Cənab İlham Əliyevin ətrafında sıx birləşərək, dəstək olmağa çağırıb.

Görüş seçicilərin bir sıra suallarının cavablandırılması ilə başa çatıb.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə