YAP Şamaxı rayon təşkilatı aktiv təşviqat aparır

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahının Şamaxı rayon şöbəsinin təbliğat qrupunun üzvləri qrafikə uyğun olaraq Məlikçobanlı, Göylər və Çöl-Göylər kəndlərində seçicilərilə görüş keçiriblər. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözülə Qərargah üzvü Eyvaz Eminaliyev açıb.

Sonra Qərargah üzvləri Ağarza Bayramov, Tünzalə Yusifova, Dola Jalə, Fatma Quliyeva, Səməd Fətəliyev, Namik Rzazadə, Şahmar Hüseynov, Hacıbaba Şıxıyev və Güllü Babaşova seçicilərin suallarına cavab verərək cıxış ediblər. Keçirilən görüşlər ümumiyyətlə, 19, 20, 21, 22 saylı məntəqələrdə qeydiyyatda olan 600 yüzdən yuxarı seçicini əhatə edib. Görüşlər yüksək əhval-ruhiyyədə keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə