Hamılıqla uğurlu inkişafa, tərəqqiyə səs verək!

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Qusar rayon şöbəsi aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Piral və Köhnə Xudat kənd seçiciləri ilə növbəti görüşlər keçirib.

Görüşlərdə YAP Mərkəzi Seçki Qərargahının Qusar rayon şöbəsinin sədri David İbramxəlilov çıxış edərək, YAP-ın namizədi Cənab İlham Əliyevin siyasi fəaliyyətindən, Onun Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi naminə misilsiz xidmətlərindən, həmçinin ölkədə aparılan aparılan quruculuq-abadlıq işlərindən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən 15 il ərzində bütün sahələrdə uğurlar əldə edib. Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan dünyanın stabil dövlətlərindən birinə çevrilib. D.İbramxəlilov seçiciləri xalqımızı uğurlu sabahlara aparan İlham Əliyev siyasətinə səs verməyə çağırıb.

Qusar rayon təşkilatının idarə heyətinin üzvü Zahir Mustafayev, Piral kənd seçiciləri adından Kamran Mikayılov, Gülarə Qasımova və Köhnə Xudat kənd seçiciləri adından Zərifə Saruxanova və Nizami Ağayev çıxış edərək, bildiriblər ki, Azərbaycanı işıqlı gələcəyə doğru aparan Möhtərəm Prezidentimizin gördüyü işlər həyata keçirdiyi uğurlu inkişaf proqramı danılmazdır. Artıq qusarlılar öz seçimini edərək, 11 aprel tarixində hamılıqla uğurlu inkişafa, Yeni Azərbaycan Partiyasının namizədi olan Cənab İlham Əliyevə səs verəcəklər.

Görüşlərdə iştirak edən seçicilər birmənalı olaraq ən layiqli namizədi İlham Əliyevə səs verəcəklərini əmin ediblər.

NƏZAKƏT

Bütün xəbərlər Facebook səhifəmizdə