Yevlaxllı gənclər "İlhamla irəli" deyir

Bu gün Yevlax şəhərində ilk dəfə səs verəcək seçicilərlə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, toplantını giriş sözü ilə YAP Yevlax rayon Təşkilatının sədri Milli Məclisin deputatı İlham Məmmədov açıb.

Millət vəkili bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da demokratik seçki mühitinin formalaşmasından, hər bir azərbaycanlının prezidenti cənab İlham Əliyevin daim xalqın içərisində olub, xalqına göstərdiyi yüksək qayğı və diqqətdən bəhs edib.

Sonra YAP Yevlax rayon təşkilatının sədr müvini, Aparat rəhbəri Əli Quliyev çıxışında cənab prezidentin ölkə gəncliyinə göstərdiyi qayğıdan da ürəkdolusu söz açıb. Doğma şəhərimizədə gənclər üçün yaradılan şəraiti bu qayğının parlaq təzahürü kimi dəyərləndirib.

Sonra seçicilər qarşısında çıxış edən YAP Yevlax Rayon Təşkilatı Qadınlar şurasının sədri Əminə Yusifqızı möhtərəm prezidentimizin ölkəyə rəhbərlik etdiyi son 15 ildə əldə olunan olunan uğurlardan danışıb. O, sürətli inkişafdan, Azərbaycanın dünyanın inkişaf etmiş ölkələrinə sürərtlə inteqrasiya etməsindən danışaraq, dövlət başçısının uğurlu daxili və xarici siyasətinin ölkəmizin xalqımızın xöşbəxt gələcəyinin, firavan güzəranının etibarlı təminatçısı olduğunu vurğulayıb. Natiq əminliklə qeyd edib ki, növbəti seçkilərdə də xalq bu reallıqları nəzərə alaraq bir daha İlham Əliyevin namizədliyini dəstəkləyəcəkdir.

Sonda ilk dəfə səs verən yevlaxlı gənclər hamılıqla "İlhamla İrəli" deyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə