"İşıqlı gələcəyimizə səs verəcəyik"

Bu gün YAP Astara rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirib. SİA-nın verdiyi məlumata görə, rayon təşkilatının sədri Firudin Əhmədov görüşdə çıxış edərək bildirib ki, astaralılar 11 aprel 2018-ci il tarixdə seçki mıntəqələrinə gələrək YAP-nın namizədi cənab İlham Əliyevə səs verəcəklər.

Tədbirdə çıxış edən kənd ağsaqqalları Ələskər Əliyev, Aydın Məcidov, Suparibağ məktəbinin direktoru Nazənin Məmmədova və başqaları Yeni Azərbaycan Partiyasının (YAP) namizədi cənab İlham Əliyevin Azərbaycan dövlətinə misilsiz xidmıtlərindən, həmçinin rayonumuzda görülən quruculuq-abadlıq işlərindən danışıblar. Görüşdə iştirak edən bütün seçicilər aprelin 11 də keçiriləcək prezident seçkilərində fəal iştirak edəcəylərinə, Yeni Azərbaycan Partiyasının vahid namizədi olan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Göyçay

Bu gün həmçinin 11 aprel 2018-ci ildə keciriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Göyçay rayon şöbəsi YAP tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin təbliğat kampaniyasını rayonun Alxasava kənd ərazisində uğurla davam etdirilib.

Siyəzən

11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçki-təşviqat kampaniyası çərçivəsində martın 24-də Siyəzən rayonu Sədan kənd seçiciləri ilə görüş keçirilib. Seçki-təşviqat kampaniyası çərçivəsində keçirilən tədbiri YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov açaraq Yeni Azərbaycan Partiyasının namizədi Əliyevin 2003-2018-ci illərdə ölkəyə başçılıq etdiyi müddətdə Azərbaycanın bütün sahələr üzrə sürətli inkişaf yolu keçdiyindən, bu gün vətənimizin dünyada sayılıb-seçilən ölkələrlə bir sırada qərarlaşmasından, əhalinin sosial-rifah halının yaxşılaşdırılması istiqamətində atılan qətiyyətli addımlardan, ölkənin siyasi, iqtisadi, mədəni və sosial sahələrində aparılan islahatlardan danışıb. Etibar Heydərov çıxışında bir daha vurğulayıb ki, hal-hazırda dünyanın ölkə başçıları arasında az-az şəxslər var ki, onlar eyni zamanda, liderlik səviyyəsinə yüksəliblər. “Azərbaycan xalqı fəxr edir ki, onun prezidenti, Ulu Öndərin layiqli davamçısı cənab İlham Əliyev gənc yaşından liderlik nüfuzunu və adını qazanıb”-deyə vurğulayan E.Heydərov həmçinin bildirib ki, məhz Prezidentin fəaliyyəti nəticəsində ölkəmiz hər tərəfli inkişaf edərək bu gün rəqabətdavamlılıq dərəcəsinə görə dünya ölkələri arasında 35-ci yerdə qərarlaşıb: “Bütün bunlar İlham Əliyevin titanik fəaliyyəti ilə bağlıdır. Daha sonra YAP rayon təşkilatının sədr müavini Mircəlal Kazımzadə əmin olduğunu bildirdi ki, seçicilərimiz bu ilki Prezident seçkilərində də haqqa, ədalətə, inkişafa, YAP-ın namizədi hörmətli İlham Heydər oğlu Əliyevə səs verəcəklər”.

Şabran

Bu gün Şabran rayonunun Təzəkənd və Söhbətli kəndində seçicilərlə görüş keçirilib. Görüşlərdə Təzəkənd kəndində 100 nəfər, Söhbətli kəndində 70 nəfər iştirak edib. Təbliğat qrupunun üzvləri YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov və YAP Şabran rayon təşkilatının Şura üzvü Tofiq Əmrahov iştirak edərək seçkilərdə YAP-ın namizədi İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə