Cəlilabad və Masallı seçiciləri "İlhamla irəli" deyir

Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatı 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını böyük uğurla, seçicilərin yüksək siyasi fəallığı şəraitində davam etdirir. SİA-nın verdiyi məlumata görə, 23 mart 2018-ci ildə Şorbaçı kəndində seçicilərlə keçirilən görüşdə rayon təşkilatının şura üzvləri Vüqar Cavadov və Xəlil Süleymanov iştirak ediblər.

Tədbiri giriş sözü ilə Vüqar Cavadov açıb, tədbirin məram və məqsədlərini seçicilərə izah edib, partiyanın namizədi cənab İlham Əliyevin zəngin həyat yolu, onun Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsi və hərtərəfli inkişaf etdirilməsi üçün həyata keçirdiyi misilsiz xidmətlər barədə konkret faktlarla seçicilərə ətraflı məlumat verib, bütövlükdə ölkə üzrə və Cəlilabad rayonunda sosial-iqtisadi inkişaf, həyata keçirilən tikinti, abadlıq, quruculuq, infrastrukturun yenilənməsi işlərindən söz açıb, seçkilər günü bütün seçicilərin cənab İlham Əliyevə səs verəcəklərinə əminliyini diqqətə çatdırıb.

Görüşdə çıxış edən ağsaqqal Aslan Ağayev, təqaüdçü Zəkəriyyə Xalıqov, təhsil işçiləri Xasay Feyziyev, Əlişir Aslanov, Balaxan Əzizov, torpaq mülkiyyətçisi Elman Abasov və başqaları cənab İlham Əliyevin irəli sürdüyü və həyata keçirdiyi bütün tədbirləri bəyəndiklərini, seçkilər günü ərazinin bütün seçicilərinin mütləq əksəriyyətinin məhz ona səs verəcəklərini bildiriblər.

Elə həmin gün rayonun Ağdaş ərazisinin seçiciləri ilə də görüş keçirilib. Həmin görüşdə YAP rayon təşkilatı idarə heyətinin üzvü Vüsal Kazımov və şura üzvü Cahangir Muradov iştirak ediblər.

Tədbiri giriş sözü ilə Cahangir Muradov açıb, seçiciləri Novruz bayramı münasibətilə təbrik edib, cənab İlham Əliyevin həyata keçirdiyi çoxsaylı tədbirlərin və islahatların xalqın rifahının yaxşılaşdırılmasına, ölkənin iqtisadi qüdrətinin artmasına, dövlətçiliyin möhkəmləndirilməsinə, tikinti, quruculuq, abadlıq işlərinin geniş vüsət almasına yönəldiyini iştirakçıların diqqətinə çatdırmış, ərazinin bütün seçicilərini 11 aprel 2018-ci ildə keçiriləcək seçkilərdə cənab İlham Əliyevə səs verəcəklərinə əmin olduğunu ifadə etmişdir.

Tədbirdə çıxış edən təhsil işçiləri Rəşad Rufullayev, Şaməddin Əsədullayev, Ədalət Mirzəyev, pensiyaçı Özbək Xəlilov, torpaq mülkiyyətçisi Niyaməddin Abdullayev və başqaları cənab İlham Əliyevin siyasətini dəsdəklədiklərini və seçkilər günü məhz ona səs verəcəklərini bildiriblər.

Gülməmmədli kəndində seçicilərlə keçirilən görüşdə YAP rayon təşkilatının şura üzvü Lətif Ağayev və partiya fəalı Fəxrəddin Abasov iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Lətif Ağayev Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Azərbaycanın inkişafı, dövlətçiliyin daha da möhkəmləndirilməsi, əhalinin sosial vəziyyətinin ilbəil yaxşılaşması, çox böyük beynəlxalq layihələrin həyata keçirilməsi sahəsindəki fəaliyyəti və digər məsələlər barədə seçicilərə ətraflı məlumat verib, seçkilər günü bütün seçiciləri cənab İlham Əliyevə səs verməyə çağırıb.

Tədbirdə çıxış edən Gülməmmədli kənd ərazisinin seçicilərindən təqaüdçü Telman Quliyev, təhsil işçiləri Həmdulla İbayev, Səfər İbişov, Nəbi Nəbiyev, Ağsaqqal Ağasər Paşayev, YAP Gülməmmədli ərazi təşkilatının sədri Mirzağa Abdullayev və başqaları cənab İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndiriblər və seçkilər günü yekdilliklə onun namizədliyini dəsdəkləyəcəklərini bəyan ediblər.

Masallı

11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının Seçki Qərargahı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş martın 24-də rayonun Qızılağac və Təzəkənd kəndlərində keçirilib.

Tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatının sədr müavini Səfalı Paşayev açaraq bildirib ki, qarşıdan gələn 11 aprel seçkiləri xalqımız üçün əsl bayram əhval-ruhiyyəsi yaradır: "Cünki, cənab Prezidentimizin ölkədə apardığı abadlıq quruculuq işləri, təhsilə, səhiyyəyə, mədəniyyətə, orduya, və digər sahələrə ayırdığı diqqət hər kəsin gözü qarşısındadır. Azərbaycanda son zamanlar dünya səviyyəli tədbirlərin keçirilməsi, transmilli layihələrin gerşəkləşməsi və sair müsbət halları hər gün kütləvi informasiya vasitələrindən oxuyur, mavi ekranlardan görürük. Və hər gün simamızın nə qədər dəyişdiyini, gözəlləşdiyini, yaşayış səviyyəmizin yaxşılaşmasını, həm öz həyatımızda, həm də bütünlüklə ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işlərində hiss edirik.

Səfalı Paşayev qeyd edib ki, cənab İlham Əliyevin verdiyi bütün vədlər real həyatda öz əksini tapıb. Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi illər ərzində Azərbaycan dünyada ən sürətli iqtisadi inkişaf tempinə malik olan, vətəndaşlarının sosial problemlərini həll edən, insanların həyat standartlarının sürətlə yüksəldiyi bir dövlət kimi böyük nüfuz qazanıb. “Mən bir daha sizləri bir vətəndaş olaraq konstitusion hüquqlarınızdan istifadə edərək Azərbaycan dövlətinin gələcək inkişafı üçün çox mühüm əhəmiyyət kəsb edən bu seçkilər prosesində fəal iştirak etməyə, aprelin 11-də seçki məntəqələrinə gedərək Azərbaycana böyük qələbələr və uğurlar qazandırmış cənab İlham Əliyevə səs verməyə çağırıram. Biz inanırıq ki, Azərbaycan xalqı növbəti dəfə İlham Əliyevi dəstəkləyəcək, Azərbaycanın daha da güclənməsinə səs verəcək”, - deyə S.Paşayev vurğulayıb.

Tədbirdə iştirak edən Fərhad Abbasov, Hüseyn Əliyev, Əkrəm Qafarov və başqaları seçiciləri qarşıdan gələn prezident seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırıblar. Qeyd olunub ki, İlham Əliyevə səs vermək möhtəşəm nailiyyətlərin davamlı olmasına, iqtisadiyyatımızın daha da inkişafına, vətəndaşlarımızın həyat səviyyəsinin daha da yüksəlməsinə səs vermək deməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə