Sabunçu qadınları İlham Əliyevə səs verəcəklər

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Sabunçu rayon şöbəsi 11 aprel tarixində keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının namizədi İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun qadın seçiciləri ilə görüş keçirib.

Görüşü giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva bu gün Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin uğurla həyata keçirildiyini bildirib. Qeyd edib ki, respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı inkişaf etdirilir və əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi üçün təsirli tədbirlər görülür: "Bu gün Azərbaycan, yerləşdiyi bölgədə əsas inkişaf məkanı olmaqla, nəhəng infrastruktur layihələrini icra edir, heç bir regional layihə Azərbaycanın iştirakı olmadan reallaşmır və ölkəmiz Avropanın enerji təhlükəsizliyində son dərəcə vacib faktora çevrilib. Beləliklə, Azərbaycanda bütün istiqamətlərdə böyük inkişaf müşahidə olunur. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində isə Azərbaycan dövlətinin milli maraqlarının qorunması və tarixi irsə bağlılıq kimi müqəddəs prinsip dayanır".

Rayon təşkilatı sədri bu uğur və nailiyyətləri nəzərə alaraq, ölkəmizin möhtəşəm qələbələrə aparan Yeni Azərbaycan Patriyasının namizədi Cənab İlham Əliyevə səs verməyə çağırdı.

Görüşdə çıxış edən millət vəkili Dilarə Cəbrayılova, Sabunçu rayon gənclər və idman idarəsinin rəisi Rakif Əliyev, müharibə və əmək əlilləri üçün pansionatın müdiri Qətibə Əsədova çıxış edərək, Azərbaycanın sosial-iqtisadi və siyasi-mədəni sahələrdə əldə etdiyi yüksək göstəriciləri böyük uzaqgörənliklə hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin nəticəsi olduğunu vurğuladılar. Qeyd olundu ki, hər sahədə qazandığımız uğurların təməlində Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş siyasəti dayanır: "Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması, dünyanın nüfuzlu təşkilatlarının Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etməsi ölkəmizin seçdiyi yolun düzgün olduğunu təsdiqləyir. Bu gün Azərbaycan bütün dünyada demokratik, qüdrətli və öz sözünü deməyə qadir olan ölkə kimi tanınır".

Çıxış edənlər 11 apreldə keçiriləcək prezident seçkilərində Sabunçu qadın seçicilərini fəal olmağa və partiyamızın layiqli namizədi Cənab İlham Əliyevə səs verməyə çağırdılar.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə