İmişli rayonunda seçicilərlə görüş davam edir

İmişli rayonunda YAP-nın Prezidentliyə namizədi İlham Əliyevin təbliğat kompaniyası davam edir. Bu gün rayonun Qaraqaşlı, Mürsəlli, Qaralar, Cavadxanlı və Bəcrəvan, Ağcüyür kəndlərində seçicilərlə görüş keçirilib. Görüşü giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev geniş və ətraflı çıxış edib.

YAP rayon təşkilatının idarə heyətinin üzvü Güloğlan Xudiyev, Şura üzvü Həsən Hüseynov, İmişli rayon "Xalq sözü" qəzetinin baş redaktoru Səməd İsmayılov çıxış ediblər. Kənd ağsaqqalları, ziyalılar və gənclər kənd camatı adından çıxış edərək YAP–nın namizədi cənab İlham Əliyevə yekdilliklə səs vercəklərini bəyan ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə