Salyan və Neftçala seçiciləri "İlhamla irəli" deyir

11 aprel 2018-ci il tarixdə Azərbaycan respublikasında keçiriləcək prezident seçkiləri ilə əlaqədar YAP Salyan rayon təşkilatının “İlhamla İrəli” təbliğat qrupu 23 mart 2018-ci il tarixdə Noxudlu kəndində seçicilərlə növbəti görüşü keçirilib. SİA-nın aran bürosunun verdiyi məlumata görə, görüşdə YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbraylov, YAP Salyan rayon Təşkilatının icra aparatının rəhbəri Mirzə Mirzəyev, Əməkdar müəllim rayon ziyalılar Birliyinin sədri Allahverdi Piriyev, YAP Salyan rayon Təşkilatı İdarə Heyətinin üzvü Əbülfət Bədəlov, təbliğat qrupunun üzvü Rüstəm Məlikov və YAP Salyan rayon təşkilatı təbliğat qrupunun üzvü Sahib Həsənov iştirak etmiş və çıxışlar edərək YAP tərəfindən prezidentliyə namizədliyi irəli sürülümüş İlham Əliyevin bütün sahələr üzrə fəaliyyətindən ətraflı söhbət açıblar.

Seçicilərdən Noxudlu kənd ağsaqalı Mirlazım Mustafayev və Dövlət Orucov çıxış edərək azərbaycanın gələcək taleyini yenidən İlham Əliyevə etibar etdiklərini və ona yek dilliklə səs verəcəklərini bəyan ediblər.

Neftçala

SİA-nın Aran bürosunun verdiyi məlumata görə YAP Neftçala rayon təşkilatının “İlhamla İrəli” təşviqat qurupu 23 mart 2018-ci il tarixdə Həsənabad qəsəbəsində seçicilərlə görüş keçirdiblər. Seçicilərlə görüşdə YAP Neftçala rayon təşkilatının sədri Anar Cəfərov çıxış edərək prezident İlham Əliyevin 15 ilə yaxın müddətdə ölkəmizdə gedən hərtərəfli inkişaf barədə ətraflı söz açmış, ölkəmizin balanslaşdırılımış daxili və xarici siyasəti, beynəlxalq nüfuzunun artması, bölgədə aparıcı mövqe tutması, bütün sahələrdə gedən islahatlar, əhalinin sosial vəziyyətinin yaxşılışdırılmasına yöləldilmiş tədbirlər və digər vacib məsələlər barədə əsas məqamları seçicilərin diqqətinə çatdırmışdır. Bildirib ki, prezident İlham Əliyevin dünyada böyük nüfuza malık olduğunu, ölkəmizin hərtərəfli inkişafında böyük rolu, diqqət və qayğısını nəzərə alaraq 11 aprel 2018-ci il tarixdə keçirilən seçkilərdə seçiciləri cənab İlham Əliyevə səs verməyə çağırıram. Görüşdə çıxış edən YAP Neftçala rayontəşkilatının İdarə Heyətinin üzvləri Telman Zahidov, Əjdər Kərimov, Arif Nağıyev,qəsəbə sakinləri Şakir Bəşirov, Qardaş İbadov, Valeh Tağıyev cənab İlham Əliyevin həyat və fəaliyyəti, ölkə başçısı olduğu müddətdə gördüyü işlər və həyata keçirdiyi çox şaxəli tədbirlər, Azərbaycanın böyük inkişafı, hərbi qüdrətinin artması, bütün dünyada tanınması, cənab İlham Əliyevin sözün həqiqi mənasında bütün Azərbaycan vətəndaşlarının prezidenti olması və digər məsələlər haqqında seçiciləri məlumatlandırmış, əmin olduqlarını bildirmişlər ki, Həsənabadlı seçicilər 11 aprel 2018-ci ildə keçiriləcək seçkilərdə cənab İlham Əliyevə səs verəcəklər.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə