Sabirabad seçiciləri möhtəşəm gələcəyimizə səs verəcəklər

Yeni Azərbaycan Partiyasının "İlhamla irəli" şüarı ilə başladığı seçki kampaniyası çərçivəsində 23 mart 2018-cil tarixdə YAP Mərkəzi Seçki Qərargahının Sabirabad rayon şöbəsinin təşkilatçılığı ilə Əliləmbəyli kənd mədəniyyət evinin qarşısındakı meydanda Əliləmbəyli, Çöl Ağamməmədli, Azadkənd, Poladtuğay, Xankeçən, Çığırğan kənd seçiciləri ilə görüş keçirilib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, tədbirdə YAP Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayeva çıxış edərək bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev bütün fəaliyyəti dövründə Azərbaycanın milli maraqlarını, vətəndaşlarının mənafeyini müdafiə edib və onların sosial rifah halının yaxşılaşması üçün bütün imkamları səfərbər edib.

Rayon təşkilatı sədri qeyd etdi ki, bütün bunların fonunda xalqımız prezident seçkilərinə özünün gələcək ümidlərinin reallışdırılması kimi baxır. Qarşıya qoyulan hədəflərə çatmaq, ərazi bütövlüyümüzün təmin olunması, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtması qarşıda duran vəzifələrimiz sırasındadır. Məhz belə möhtəşəm uğurlara və gələcək hədəflərə görə, Sabirabad rayon seçiciləri 11 aprel prezident seçkilərində Yeni Azərbaycan Pariyasının namizədi İlham Əliyevi böyük səs çoxluğu ilə dəstəkləyəcəklər.

Tədbirdə çıxış edən YAP Sabirabad rayon təşkilatının idarə heyətinin üzvü Böyükağa Həmidov İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə görülmüş işləri və uğurları diqqətə çəkərək, güclü və inkişaf etmiş müstəqil Azərbaycan dövlətinin böyük gücə və nüfuza malik olduğunu bildirib. Qeyd edib ki, uzaqgörən, müdrik və qədirbilən xalqımız növbəti dəfə də mühüm və qəti seçiminin böyük bəhrəsini görəcək.

Çıxış edənlər Telman Qurbanov, Utarov Rufat, Rəhim Abbasov, Ərzuman Babaşov, Seyidməmməd Əliyev və başqaları qeyd etdilər ki, Sabirabad rayon sakinləri də Prezident İlham Əliyevin siyasətini, birmənalı tərzdə dəstəkləyir. 11 aprel seçkiləri demokratik şəraitdə, şəffaf keçəcək və xalqımız bir daha cənab İlham Əliyevə yüksək etimad göstərəcəkdir. Onlar 11 apreldə yekdilliklə seçiciləri daha uğurlu gələcək naminə YAP-ın namizədinə səs verməyə çağırıblar.

Tədbirdə 800 nəfərə yaxın seçici iştirak edib.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə