Ağdamlıların seçimi İlham Əliyevdir SƏS TV

11 aprel prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Ağdam rayonu Quzanlı qəsəbəsində Ağdam Olimpiya İdman Kompleksinin stadionunda geniş ümumrayon tədbiri keçirilib.Tədbirdə Milli Məclisin deputatları Bəxtiyar Sadıqov, Bəxtiyar Əliyev, YAP Mərkəzi Aparataının məsul işçisi Araz Xudadanov və ümumilikdə 5000 nəfər iştirak edib.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Ağdam rayon şöbəsinin sədri Allahverən Əliyev birmənalı şəkildə ağdamlıların möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin Prezidentliyə namizədliyini ürəkdən dəstəklədiklərini və müdafiə etdiklərini bildirib. Seçiciləri 11 aprel tarixində seçki məntəqələrinə gəlməyə, Ümummilli Liderimiz Heydər Əliyev ideyalarının layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Heydər oğlu Əliyevə səs verməyə çağırıb.

Daha sonra rayon təbliğat qrupunun sədri Hüseyn Bayramov, Milli Məclisin deputatları Bəxtiyar Sadıqov və Bəxtiyar Əliyev çıxış ediblər. Bildirilib ki, xalqımız Prezident İlham Əliyevi apardığı daxili və xarici siyasəti dəstəkləyir. Dövlət başçısının dövlətçiliyin müdafiəsi və inkişafı naminə atdığı hər bir addım vətəndaşlar tərəfindən rəğbətlə qarşılanır. Prezidentimiz İlham Əliyevin Azərbaycanın dövlətçilik maraqlarının beynəlxalq səviyyədə təmin edilməsinə yönələn uğurlu siyasəti ona beynəlxalq aləmdə də böyük nüfuz gətirir. Bu gün dinamik inkişaf edən ölkəmizin gücü və qüdrəti Cənab İlham Əliyev tərəfindən daha da möhkəmlənir. Azərbaycan dünyanın stabil dövlətlərindən birinə çevrilir. Çıxış edənlər səsvermə hüququna malik olan seçiciləri fəal olmağa və dövlətimizin daha da qüdrətlənməsi naminə Cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Tədbir incəsənət xadimlərinin konsert proqramı ilə başa çatıb.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə