Təbligat-təşviqat kampaniyasında böyük ruh yüksəkliyi

Yeni Azərbaycan Partiyasının Xızı rayon təşkilatı aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar təbligat-təşviqat kampaniyasına böyük ruh yüksəkliyi ilə başlayıb.

Kampaniyaya "İlhamla irəli" devizi altında plakatların təbliğat lövhələrində yerləşdirilməsi ilə start verilib. YAP Xızı rayon təşkilatı da qanunvericiliyin tələblərinə və Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının müvafiq tapşırıq və tövsiyyələrinə uyğun olaraq partiyanın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasına fəal qoşulub.

Təbliğat-təşviqat kampaniyasının yüksək səviyyədə və mütəşəkkil həyata keçirilməsi üçün prosesə Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının fəalları və könüllüləri qoşulublar.

Zəngilan

2018-ci ilin 11 aprel tarixində ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar martın 19-da təbliğat – təşviqat kampaniyasına start verilib.

Yeni Azərbaycan Partiyası Zəngilan rayon təşkilatı da 11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasına yüksək fəallıq və mütəşəkkilliklə başlayıb.

Kampaniyaya start verilməsi ilə partiya rayon təşkilatının üzvləri və gənclər rayonun inzibati ərazisini özündə əhatə edən Seçki dairəsi üzrə ayrılmış seçki lövhələrində təbliğat-təşviqat materiallarını yerləşdirməyə başlayıblar.

YAP Zəngilan rayon təşkilatı Seçki Qərargahının tədbirlər planına uyğun olaraq kampaniya dövründə Seçki Məcəlləsinə uyğun nəzərdə tutulmuş açıq və qapalı yerlərdə seçicilərlə çoxsaylı görüşlərin keçirilməsi nəzərdə tutulur.

Qazax

Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar təbligat-təşviqat kampaniyasına böyük ruh yüksəkliyi ilə başlayıb.

Kampaniyaya “İlhamla irəli ” devizi altında plakatların təbliğat lövhələrində yapışdırılması ilə start verilib.

Qeyd edək ki, prezident seçkiləri üzrə təşviqat qurupunun üzvləri və gənclər kampaniyanın uğurla başa çatması üçün xüsusi fəallıq göstərirlər. Təbliğat materialları Qazax rayonunun ərazisini əhatə edən seçki dairələri üzrə məntəqələrində xüsusi ayrılmış lövhələrdə yerləşdirilib.

Abşeron

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatı 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası prezidentinin seçkilərinin növbəti və mühüm mərhələsinə - təbliğat-təşviqat kampaniyasına uğurla start verib.

Rayon təşkilatının nəzdində yaradılmış seçki qərargahı seçki kampaniyasının bu mühüm mərhələsinə hazırlıq işlərini tam başa çatdırmaqla martın 19-da səhər saatlarından etibarən, təşviqat xarakterli seçki plakatlarının qanunvericiliyə müvafiq olaraq, yerli icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilmiş ünvanlarda yerləşdirilməsini artıq başa çatdırıb.

YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev bildirib ki, abşeronlular 11 aprel Prezident seçkilərində cənab İlham Əliyevi böyük səs çoxluğu ilə dəstəkləyəcəklər. Çünki Prezident İlham Əliyev son 14 ildə Azərbaycan Respublikasının inkişafı, vətəndaşların sosial-rifah halının yuksəldilməsi istiqamətində çox böyük işlər həyata keçirib.

Qeyd edək ki, YAP seçkilərə "İlhamla irəli" şüarı ilə gedir.

Cəbrayıl

2018-ci ilin 11 aprel tarixində ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatı YAP-ın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasına yüksək fəallıq və mütəşəkkilliklə start verib. Kampaniyaya bütün Cəbrayıl ictimaiyyəti böyük həvəs və coşqu ilə qoşulublar. Səhər saatlarından etibarən partiya rayon təşkilatının Seçki qərargahının üzvləri və gənc fəallar rayonun inzibati ərazisini əhatə edən 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsi üzrə seçki məntəqələrinin ərazilərində nəzərdə tutulmuş seçki lövhələrində təbliğat-təşviqat materiallarını asmağa başlayıblar. Seçki Qərargahının tədbirlər planına uyğun olaraq kampaniya dövründə Seçki Məcəlləsinə uyğun nəzərdə tutulmuş açıq və qapalı yerlərdə seçicilərlə çoxsaylı görüşlərin keçirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...