YAP Sumqayıt şəhər təşkilatı təbliğat kampaniyasına uğurla start verib

2018-ci ilin 11 aprel tarixində ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar martın 19-da təbliğat – təşviqat kampaniyasına start verilib. Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı da 11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasına yüksək fəallıq və mütəşəkkilliklə başlayıb.

Kampaniyaya bütün Sumqayıt şəhəri üzrə start verilib və şəhərin inzibati ərazisini özündə əhatə edən 41 saylı Sumqayıt birinci, 42 saylı Sumqayıt ikinci, 43 saylı Sumqayıt üçüncü, 44 saylı Sumqayıt-Xızı seçki dairələri üzrə nəzərdə tutulmuş seçki lövhələrində təbliğat-təşviqat materiallarını yerləşdirməyə başlayıblar. YAP Sumqayıt şəhər təşkilatı Seçki Qərargahının tədbirlər planına uyğun olaraq kampaniya dövründə Seçki Məcəlləsinə uyğun nəzərdə tutulmuş açıq və qapalı yerlərdə seçicilərlə çoxsaylı görüşlərin keçirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə