YAP Salyan rayon təşkilatı təbliğat kampaniyasına yüksək fəallıqla başlayıb

Yeni Azərbaycn Partiyasının Salyan rayon təşkilatının Seçki Qərargahı da 11 apler 2018-ci il tarixində keçiriləcək prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasına yüksək fəallıq və mütəşəkkilliklə başlayıb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, kampaniyaya bütün salyanlılar böyük həvəs və coşqu ilə dəstək verirlər.

Səhər saatlarından etibarən rayon təşkilatının Seçki Qərargahının üzvləri və gənc fəallar rayonun əhatə etdiyi müvafiq Seçki Dairələri üzrə seçki məntəqələrinin ərazilərində nəzərdə tutulmuş seçki lövhələrində təbliğat-təşviqat materiallarını asmağa başlayıblar. Seçki Qərargahının tədbirlər planına uyğun olaraq kampaniya dövründə Seçki Məcəlləsinə uyğun nəzərdə tutulmuş açıq və qapalı yerlərdə seçicilərlə çoxsaylı görüşlərin keçirilməsi nəzərdə tutulur.

YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov bildirib ki, salyanlılar bu seçkilərdə də xalqımızın alternativsiz seçimi, YAP-ın namizədi cənab İlham böyük etmad göstərəcəklər. Ona görə ki, cənab İlham Əliyev 14 illik qətiyyətli siyasi fəaliyyəti ilə sübut edib ki, məhz O Azərbaycan dövlətinin güclənməsinin, inkişafının qarantıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə