Təbliğat kampaniyası uğurla davam edir FOTOLAR

11 aprel 2018-ci ildə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Ağdaş rayon şöbəsi Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təbliğat-təşviqat kampaniyasına start verib. İlk olaraq partiyanın rayon təşkilatının gənclər birliyinin fəallarından təşkil olunmuş qruplar rayonun 57 seçki məntəqəsinin ərazisində qurulmuş təşviqat lövhələrinə prezidentliyinə namizədliyi Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış İlham Əliyevin şəkli əks olunmuş plakatları vurmuşlar. Bu kampaniya rayon ərazisində səhər saatlarında uğurla başa çatmışdır.

Tərtib olunmuş qrafikə uyğun olaraq rayon seçiciləri ilə görüşlər keçiriləcək.

OĞUZ

11 aprel 2018-ci il tarixində keçiriləcək Prezident seçkisinin təbliğat-təşviqat mərhələsinə start verilib. Bütün seçki proseslərində olduğu kimi, Prezident seçkisində də xüsusi fəallığı ilə seçilən, ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvə olan Yeni Azərbaycan Partiyası növbəti seçkilərə də yüksək ab-hava ilə başlayıb. YAP Oğuz rayon təşkilatının fəalları Prezident seçkilərində YAP-ın namizədi Cənab İlham Əliyevin təşviqat plakatlarını qanunla müəyyənləşdirilmiş yerlərdə yapışdırıblar, Qərargah üzvləri, partiya fəalları təbliğat-təşviqat kampaniyanın yüksək səviyyədə həyata keçirilməsi üçün səfərbər edilərək, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təlimatlandırılıblar. Martın 19-da isə səhər saatlarında YAP Oğuz rayon təşkilatının fəalları Prezident seçkilərində YAP tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin təşviqat plakatlarını qanunla müəyyənləşdirilmiş yerlərdə yapışdırıblar. Təşviqat materiallarının yapışdırılması prosesi uğurla başa çatıb.

Şəmkir

Yeni Azərbaycan Partiyasının (YAP) Şəmkir rayon təşkilatı aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar təbligat-təşviqat kampaniyasına böyük ruh yüksəkliyi ilə başlayıb. Kampaniyaya “İlhamla irəli ” devizi altında plakatların təbliğat lövhələrində asılması ilə start verilib.

Prezident seçkiləri üzrə təşviqat qurupunun üzvləri və fəal gənclər kampaniyanın uğurla başa çatması üçün xüsusi fəallıq göstərirlər. Rayon təşkilatının üzvləri bütün seçkilərdə olduğu kimi bu seçkidə də Yeni Azərbaycan Partiyasının qələbə qazanacacına inandıqlarını vurğulayıblar.

Qeyd edək ki, Şəmkir rayonu ərazisində 98 saylı Şəmkir şəhər, 99-saylı Şəmkir kənd, 100-saylı Şəmkir-Daşkəsən, 102-saylı Samux-Şəmkir seçki dairələri üzrə 108 seçki məntəqəsi yerləşir və kampaniya istiqamətində işlər uğurla davam etdirilir.

SABUNÇU

11 aprel 2018-ci ildə keçiriləcək Prezident seçkiləri ilə əlaqədar 19 mart tarixində YAP Mərkəzi Seçki Qərargahının Sabunçu rayon şöbəsində Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təbliğat-təşviqat kampaniyasına start verilib.

Yüksək fəallıq göstərən partiya üzvləri kampaniyanın yüksək səviyyədə keçirilməsi üçün tam səfərbər edilib. Kampaniya çərçivəsində partiya fəalları Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təşviqat materiallarını Seçki Dairələri üzrə seçki məntəqələri ərazilərində nəzərdə tutulmuş seçki lövhələrində asıblar.

Əminliklə demək olar ki, Sabunçu seçiciləri bu dəfə də yüksək seçki fəallığı göstərəcək və YAP-ın namizədi Cənab İlham Əliyevin yenidən Prezident seçilməsinə səs verəcəklər.

NƏSİMİ

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Nəsimi rayon şöbəsi 11 aprel 2018-ci il tarixdə keçirələcək prezident seçkilərinin təbliğat–təşviqat kampaniyasına uğurla başlayıb. Namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Cənab İlham Əliyevin seçki plakatlarını Seçki Məcəlləsinin tələblərinə uyğun müəyyənləşdirilmiş müvafiq ərazilərdəki lövhələrə yapışdırmaq prosesini uğurla yekunlaşdırıb.

Rayon şöbəsi tərəfindən seçki prosesi əvvəlki illərdə olduğu kimi, yüksək səviyyədə, Azərbaycan Respublikasının Konstitusiyasının tələblərinə, Seçki Məcəlləsinə və onun təlimatlarına uyğun olaraq şəffaf, ədalətli şəkildə keçiriləcək, əvvəlcədən təsdiq olunmuş qrafikə uyğun olaraq mütəmadi təbliğat tədbirləri təşkil olunacaqdır.

Samux

11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar YAP Mərkəzi Seçki Qərargahının Samux rayon şöbəsi martın 19-dan etibarən qanunvericiliyə uyğun olaraq təbliğat-təşviqat kampaniyasına start verib. Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyi irəli sürülmüş Cənab İlham Heydər oğlu Əliyevin Samux rayonu üzrə seçki qərargahı tərəfindən təbliğat kampaniyası başlayan andan etibarən Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin plakatları seçki lövhələrində asılmağa başlayıb. Bu kampaniyada YAP Samux rayon təşkilatının fəal gəncləri böyük ruh yüksəkliyi ilə aktiv iştirak edərək Cənab İlham Əliyevin şəkillərini lövhələrə birinci sırada yapışdırıblar. Samux rayonunda Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Rayonun Burunqovaq kəndində təbliğat yığıncaqları keçiriləcək. Yığıncaqda 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar YAP Samux rayon seçki qərargahının üzvlərinin iştirak edəcəklər.

MASALLI

2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahının Masallı rayon şöbəsi təşviqat kampaniyasına uğurla start verib.

Masallı rayonunu əhatə edən 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 70 saylı Masallı şəhər, 71 saylı Masallı kənd, 72 saylı Yardımlı-Masallı, 75 saylı Lənkəran-Masallı seçki dairələrinin 122 məntəqələrində YAP Masallı rayon təşkilatının fəalları Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin təşviqat materiallarını Seçki Dairələri üzrə seçki məntəqələri ərazilərində nəzərdə tutulmuş seçki lövhələrində asmağa başlayıblar. Kampaniya uğurla davam etdirilir.

QƏBƏLƏ

2018-ci ilin mart ayının 19-dan başlayaraq, Qəbələdə səhər saatlarından təşviqat işlərinə başlamaq üçün start verilib. Verilən məlumata görə, rayonun 54 məntəqəsi 116 saylı Qəbələ seçki dairəsinin, 24 məntəqə isə 117 saylı Oğuz-Qəbələ seçki dairəsinin ərazisində yerləşir. Hər iki dairənin məntəqələrində hazırlıq işləri yüksək səviyyədə başa çatdırılıb.

Bildirilir ki, 116 saylı Qəbələ seçki dairəsində 43743 nəfər seçici, 117 saylı Oğuz-Qəbələ seçki dairəsində isə 20427 nəfər seçici təmsil olunur.Partiya fəalları vaxtaşırı olaraq seçicilərlə görüşür, onların marifləndirilməsi ilə məşğul olurlar.

Seçicilər arasında təşviqat işləri aparmaq məqsədilə Seçki qərargahı yanında 12 nəfərdən ibarət yerli təşviqat qrupu yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə