Xaçmazda ilk dəfə səsverəcək gənclərlə görüş keçirilib

11 aprel 2018-ci ildə keçiriləcək Prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Xaçmaz rayon şöbəsində təbliğat-təşviqat kampaniyası çərçivəsində ilk dəfə səsverənlərlə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə rayon şöbəsinin sədr müavini Sevinc Sədullayeva çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizə rəhbətlik etdiyi dövr ərzində əldə edilən uğurlardan, uğurlu daxili və xarici siyasətdən, qeyri-neft sektorunun inkişafının əhəmiyyətindən, ordu quruculuğunda əldə olunan naliyyətlərindən, dövlətimizin ölkə başçımızın gənclərə olan qayğısından və digər məsələlərdən danışıb.

Gəncləri 11 aprel 2018-ci il tarixində keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi İlham Heydər oğlu Əliyevə səs verəməyə çağırıb.

Tədbirdə YAP Gənclər birliyinin sədr müavini Esmira Babayeva, ilk dəfə səs verənlərdən Gülnar İsayeva, Azər Zahirov, Ülkər Lətifova, YAP Xaçmaz rayon təşkilatının sədr müavini Abasyar Heydərov, təşviqat qrupunun üzvləri Sürayə Əmirova, Məhərrəm Abasov çıxış edərək gənclərimizi fəallığa dəvət etməklə ölkəmizdə gənclər siyasəti ilə bağlı həyata keçirilən bir sıra uğurlu layihələrin nəticələrini onların diqqətnə çatdırıblar.

Sonda gəncləri və onların timsalında bütün seçiciləri Cənab İlham Əliyevin ətrafında sıx birləşməyə dəvət etməklə Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıblar.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə