Ölkəmizin Şimal bölgəsi də təbliğat kampaniyasına uğurla başladı

11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkiləri əlaqədar Yeni Azərbaycan Partiyası Seçki Qrargahının Quba rayon şöbəsi böyük coşqu ilə təbliğat-təşviqat kampaniyasına başlayıb. Rayon şöbəsi Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin şəkili əks olunmuş plakatların 52 saylı Quba, 53 saylı Quba-Qusar seçki dairələrinin 133 məntəqəsi qarşısındakı lövhələrə yapışdırılması ilə start verilib.

Yeni Azərbaycan Partiyası qərargahının Quba rayon şöbəsi üzvləri və fəal gənclər kampaniyanın uğurla başa çatması üçün xüsusi fəallıq göstərirlər. Quba seçiciləri əvvəlki seçkilərdə olduğu kimi bu dəfə də fəallıq göstərəcəklərini bildiriblər. Qeyd ediblər ki, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti, son illər çox böyük uğurlar qazanıb, ölkəmizin iqtisadiyyatı yüksək sürətlə inkişaf edir. Xalqımızın rifah halı yüksəlib, ölkəmizin beynəlxalq səviyyədə nüfüzu durmadan artır. Bütün bu naliyyətlər hər bir azərbaycanılıda qürur hissi doğurur.

QUSAR

Dünən 11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Qusar rayon şöbəsi təbliğat-təşviqat kampaniyasına uğurla start verib. Partiya üzvləri bu kampaniyanın yüksək səviyyədə keçirilməsi üçün tam səfərbər edilib. Kampaniya başlayan saatdan partiya fəalları Yeni Azərbaycan Partiyasının Namizədi Cənab İlham Əliyevin təşviqat materiallarını Seçki Dairələri üzrə seçki məntəqələri ərazilərində nəzərdə tutulmuş seçki lövhələrində asmağa başlayıb və uğurla başa vurublar.

XAÇMAZ

11 aprel 2018-ci ildə keçiriləcək Prezident seçkiləri ilə əlaqədar 19 mart tarixində YAP Mərkəzi Seçki Qərargahının Xaçmaz rayon şöbəsində Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təbliğat-təşviqat kampaniyasına start verilib.

Rayon şöbəsi tərəfindən təbliğat–təşviqat işlərinin yüksək səviyyədə təşkili üçün bütün seçki proseduraları uğurla davam etdirilir.

Kampaniya çərçivəsində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Cənab İlham Əliyevin təşviqat materiallarının Seçki Məcəlləsinin tələblərinə uyğun müəyyənləşdirilmiş müvafiq ərazilərdəki lövhələrə yapışdırmaq prosesi uğurla başa çatdırılmışdır.

Nəzakət ƏLƏDDİNQIZ

Bütün xəbərlər Facebook səhifəmizdə