Pirallahı rayonu seçki təbliğatına uğurla qoşulub

2018-ci ilin 11 aprel tarixində keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar bu gündən təbliğat–təşviqat kampaniyasına start verilib. SİA-nın verdiyi məlumata görə, Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Pirallahı rayon şöbəsi təşviqat kampaniyasına uğurla qoşulub.

Kampaniya başlayan andan etibarən partiya fəalları Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təşviqat materiallarını 28, 32, 34 və 35 saylı seçki dairələri üzrə seçki məntəqələri ərazilərində nəzərdə tutulmuş seçki lövhələrində asmağa başlayıblar.

Partiyanın Mərkəzi Seçki Qərargahının Pirallahı rayon şöbəsində prezident seçkiləri ilə bağlı tədbirlər planı hazırlanıb, ziyalılardan və nüfuzlu şəxslərdən ibarət təbliğat qrupu yaradılıb. Çevik, operativ fəaliyyət göstərən partiya üzvləri bu kampaniyanın yüksək səviyyədə keçirilməsi üçün tam səfərbər edilib. Bukletlərin, təbliğat-təşviqat materiallarının paylanması ilə yanaşı açıq və qapalı yerlərdə seçicilərlə görüşlər də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə