İsmayıllı rayonunda seçkilər tam şəffaf, ədalətli keçiriləcək

11 aprel 2018-ci il tarixdə keçirələcək prezident seçkilərinin təbliğat–təşviqat kompaniyasına start verilib. SİA-nın verdiyi məlumata görə, Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının İsmayıllı rayon şöbəsi təbliğat–təşviqat tədbirləri çərçivəsində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədin seçki plakatlarını Seçki Məcəlləsinin tələblərinə uyğun müəyyənləşdirilmiş müvafiq ərazilərdəki lövhələrə yapışdırmaq prosesi başa çatdırılıb.

YAP Mərkəzi Seçki Qərargahı İsmayıllı rayon şöbəsi tərəfindən təbliğat–təşviqat işlərinin yüksək səviyyədə təşkili üçün bütün seçki proseduraları uğurla davam etdirilir.

Rayon təşkilatı əmindir ki, seçki prosesi əvvəlki illərdə olduğu kimi, bu seçkilər də yüksək səviyyədə, Azərbaycan Respublikasının Konstitusiyasının tələblərinə, Seçki Məcəlləsinə və onun təlimatlarına uyğun olaraq tam şəffaf, ədalətli şəkildə keçiriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə