Yeni Azərbaycan Partiyası təbliğat kampaniyasına start verdi FOTOLAR

Azərbaycanda aprel ayının 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahının bütün rayon şöbələrində Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təşviqat kampaniyasına start verilib.

Qobustan

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Qobustan rayon şöbəsi prezidentliyə namizəd İlham Əliyevin təbliğat işlərinə start verib. Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatı tərəfindən təşviqat lövhələrinə şəkilasma aksiyası keçirilib.

Aksiya zamanı hər birində 3 nəfər könüllü olmaqla yaradılmış 9 qrup tərəfindən rayon ərazisindəki 28 təşviqat lövhəsinə hər iki tərəfdən 56 şəkil asılıb. Təbliğat-təşviqat qrupları qabaqcadan tərtib olunmuş qrafik üzrə seçicilərlə görüş keçirəcək, əhali ilə birbaşa ünsiyyətdə olacaq, hakim partiyanın yüksək amal və ideyalarını insanlara çatdıracaqlar. Yeni Azərbaycan Partiyasının ali məramının Azərbaycan xalqına xidmət etməkdən ibarət olduğu, regionlarda, eləcə də Qobustanda bundan sonra da həyata keçiriləcək uğurlu planların məqsədi aşılanacaqdır. Azərbaycanın gələcək inkişafı yalnız İlham Əliyev siyasətindən və Onun həyata keçirdiyi iqtisadi-siyasi proqramlardan asılıdır. Rayon gənclərinin fəal iştirakı təbliğat-təşviqat kampaniyasına xüsusi çalar qatacaq, təbliğatı daha dinamik edəcəkdir. Əhali ilə görüşlərdə rayon ağsaqqalları, partiya veteranları, ziyalılar və könüllülər iştirak edəcəklər.

Görüşlər müxtəlif formalarda, ən yüksək şəkildə həyata keçiriləcəkdir. Seçicilərlə keçiriləcək çoxsaylı görüşlərdə Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin zəngin həyat yolundan, Onun seçki proqramından, Azərbaycan dövlətçiliyi üçün həyata keçirdiyi misilsiz xidmətlərdən və ölkəmizin gələcək inkişaf konsepsiyasından çıxışlar ediləcəkdir. Azərbaycanın bu gün güclü dövlətlərdən birinə çevrilməsinin əsas səbəbi məhz dövlət başçısı İlham Əliyevin əvəzolunmaz siyasətidir, Onun reallaşdırdığı iqtisadi layihələrdir, insanların yaddaşında xəyal kimi dolanan ideyalar məhz Prezident İlham Əliyevin sayəsində öz reallığını tapmışdır. Bütün bunlar bir daha əminlik yaradır ki, Azərbaycan xalqı bir daha öz uğurlu seçimini edərək, İlham Əliyevə səs verməklə ölkənin inkişafına və tərəqqisinə səs verəcək.

Biləsuvar

11 aprel 2018-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar 19 mart 2018-ci il tarixdən təbliğat və təşviqat kampaniyasına start verilib. YAP Biləsuvar rayon təşkilatı təşviqat materiallarının seçki məntəqələrinin qarşısındakı təşviqat lövhələrinə asılmasını çox böyük mütəşəkkilliliklə həyata keçirilib.

Səbail

Prezident seçkiləri ilə əlaqədar YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsində Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təşviqat kampaniyasına start verilib. Saat 00:00-dan başlayaraq YAP Səbail rayon təşkilatının fəallarından təşkil olunmuş komanda Prezident seçkiləri ilə bağlı təşviqat materiallarını 29 saylı Səbail və 23 saylı Nəsimi-Səbail seçki dairələri üzrə ümumilikdə 40 seçki məntəqəsinin ərazisində quraşdırılmış təşviqat lövhələrinə vurmağa başlayıblar. Tərtib olunmuş qrafikə uyğun olaraq 23 mart tarixindən başlayaraq rayon seçiciləri ilə görüşlər keçiriləcəkdir.

Balakən

Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatı prezident seçkiləri ilə əlaqədar Seçki Məcəlləsinin 75.2 maddəsinə uyğun olaraq təşviqat kompaniyasına başlayıb. YAP fəaaları rayonun 54 seçki məntəqəsində partiyanın namizədi İlham Əliyevin təşviqat şəkillərini seçki məntəqələrinin önündəki lövhələrdə 1-ci sırada yapışdırıblar. Yeni Azərbaycan Partiyasının rayon təşkilatının fəallarından Səlimov Fizuli, Dibirov Araz təşviqat kompaniyasına fəal qoşulublar.

Ağstafa

11 aprel 2018-ci ildə Azərbaycan Respublikasında keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası seçki qərargahının Ağstafa rayon təşkilatı lövhələrə İlham Əliyevin şəkillərini yapışdırmağa başlayıb. Bununla əlaqədar YAP Ağstafa rayon təşkilatının bir qrup gənc fəalları bu kampaniyada fəal iştirak ediblər.

Şabran

2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Şabran rayon şöbəsi təşviqat kampaniyasına uğurla start verib. Kampaniya səhərdən etibarən partiya fəalları Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin təşviqat materiallarını Seçki Dairələri üzrə seçki məntəqələri ərazilərində nəzərdə tutulmuş seçki lövhələrində asmağa başlayıblar. Partiyanın Mərkəzi Seçki Qərargahının Şabran rayon şöbəsində prezident seçkiləri ilə bağlı tədbirlər planı hazırlanıb, ziyalılardan və nüfuzlu şəxslərdən ibarət təbliğat qrupu yaradılıb.

Yevlax

YAP Yevlax rayon təşkilatı təbliğat qrupunun üzvüləri yeni Azərbaycan Partiyasının namizədi İlham Heydər oğlu Əliyevin şəkillərini şəhərin 57 məntəqə ərazisində yerləşən xüsusi təbliğat lövhəsinə yerləşdiriblər. Təşviqat materiallarını artıq 48 saylı Yevlax və 49 saylı Yevlax-Mingəçevir seçki dairəsinin bütün məntəqələri ərazisində görmək mümkündür. Kompanyada 20-dən artıq gənc iştirak edib. Yevlaxlı seçicilər cənab İlham Əliyevin təşviqat materialını boyük maraqla izləyir və artıq öz seçimlərini ediklərini ifadə edirblər. Yevlax şəhərində 2 DSK üzrə 59342 nəfər seçici mövcuddur.

Şamaxı

11 aprel 2018-ci ildə Azərbaycan Respublikasında keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası seçki qərargahının Şamaxı rayon təşkilatı lövhələrə İlham Əliyevin şəkillərini yapışdırmağa başlayıb. Yüksək fəallıq göstərən partiya üzvləri bu kampaniyanın yüksək səviyyədə keçirilməsi üçün tam səfərbər edilib. Əminliklə demək olar ki, şamaxılılar bu dəfə də yüksək seçki fəallığı göstərəcək və YAP-ın namizədi İlham Əliyevin Prezident seçilməsinə səs verəcəklər.

Daşkəsən

Baharın ilıq nəfəsi duyulur. Bütün daşkəsənlilər bayram əhval-ruhiyyəsindədirlər. Onlar həm Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin təbliğat kampaniyası üçün, həm də Novruz bayramı sevincini yaşayırlar. Bu təbliğata bütün daşkəsənlilər böyük həvəs və coşqu ilə qoşulublar. Səhər saatlarının olmasına baxmayaraq gənclər, qadınlar, ağsaqqallar Daşkəsən şəhəri Heydər Əliyev meydanına toplaşaraq 11 aprel Prezident seçkilərində Cənab İlham Əliyevi dəstəkləyəcəklərini bildiriblər.

Tərtər

11 aprel 2018-ci ildə keçiriləcək Prezident seçkiləri ilə əlaqədar mart ayının 19-da başlanan təbliğat-təşviqat kompaniyası çərçivəsində YAP Tərtər rayon təşkilatı, YAP Mərkəzi Seçki Qərargahının Tərtər rayon şöbəsi təbliğat-təşviqatla bağlı görüləcək işlərə start verib. Tərtər rayonu ərazisində Prezident seçkilərində 95 saylı seçki dairəsi üzrə 38 seçki məntəqəsində 38038 nəfər, 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsi üzrə 3 seçki məntəqəsində 2890 nəfər, ümumilikdə rayon üzrə 40928 nəfər seçici iştirak edəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə