Azərbaycanın Moldovadakı səfirliyində seçki məntəqəsi yaradılıb

Aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar ölkəmizin Moldovadakı səfirliyində seçki məntəqəsi yaradılıb. Azərbaycanın Moldovadakı səfirliyindən verilən açıqlamada bildirilib ki, 17 saylı Yasamal üçüncü seçki dairəsinin nəzdində yaradılmış 40 saylı seçki məntəqəsində hazırlıq işləri başa çatıb.

Məntəqədə səfirliyin əməkdaşları ilə yanaşı, Moldovada fəaliyyət göstərən Azərbaycan şirkətlərinin nümayəndələri, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr, eləcə də həmin gün müvəqqəti olaraq Kişineuda səfərdə olacaq və xidməti vəzifələrini icra edəcək vətəndaşlar səs verə biləcəklər. Onların sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə