Binəqədidə seçki treninqlərinə start verilib

Martın 12-də 9 saylı Binəqədi II seçki dairəsi dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının sədrləri və üzvləri üçün maarifləndirici treninqlərə başlanılıb. Treninqlərin ilk günündə 12 məntəqə seçki komissiyasından 72 nəfər iştirak edib.

Dairə seçki komissiyasının sədri Həsən Bayramov çıxış edərək treninqlərin əhəmiyyəti barədə danışıb.

Diqqətə çatdırılıb ki, dairə üzrə 37 seçki məntəqəsi var. On məntəqədə veb-kamera quraşdırılıb. Dairədə ilk dəfə 1326, o cümlədən 1999-cu il təvəllüdlü 1099, 2000-ci il təvəllüdlü 227 nəfər səs verəcək. Seçki günü 2 nəfərin 18 yaşı tamam olur. Bir nəfər 101 yaşlı seçici var. Dairə üzrə seçicilərin 12853 nəfəri 18-30 yaşlı, 14911 nəfəri 31-45 yaşlı, 13551 nəfər 46-60 yaşlı, 6988 nəfər 60-79 yaşlı, 760 nəfəri isə 80-100 yaşlı insanlardır. Seçicilərin 49,12 faizi kişilər, 50,88 faizi qadınlardır.

Sonra aşağı seçki komissiyaları üçün keçiriləcək seçki hüququ üzrə ixtisaslaşmış kurslarda treninqlərin aparılmasına məsul trenerlər Kəmalə Hacıyeva və Rizvan Vəlisoyun məlumatları dinlənilib, elektron materialların şərhi təmin edilib. Bildirilib ki, martın 15-dək davam edəcək və maarifləndirici məqsəd daşıyan treninqlərdə bütün məntəqə sədrləri, katibləri və üzvləri hissə-hissə iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...