AAK prezidenti: "Azərbaycanda tam demokratik seçki mühiti formalaşıb"

Azərbaycanda tam demokratik seçki mühiti formalaşıb. Şəffaf seçkilərin keçirilməsi üçün bütün addımlar atılır. Bu fikri sechki-2018.az saytına açıqlamasında Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Sahil Qasımov deyib.

O bildirib ki, Azərbaycan vətəndaşları yeni dövr üçün ölkə rəhbərini demokratik standartlara uyğun seçəcəklər. Azərbaycanda keçiriləcək seçkilərin region üçün mühüm əhəmiyyət daşıdığını bildirən S.Qasımov deyib ki, Azərbaycan regionun aparıcı ölkəsidir, regionda sülhün bərqərar olması, nəhəng iqtisadi layihələrin həyata keçirilməsində Azərbaycanın rolu danılmazdır.

Avropa Azərbaycanlıları Konqresinin prezidenti bildirib ki, bu seçkilərin nəticəsi Azərbaycana yeni islahatlar da vəd edir: "Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində inamlı addımlar atılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə