Amerikalı jurnalist: "Seçkilər müsbət ab-havada keçəcək"

"Seçki istənilən demokratik ölkə üçün əhəmiyyətlidir. Bu xalqın öz iradəsinin ifadəsi deməkdir". Bunu sechki-2018.az saytına açıqlamasında amerikalı jurnalist Nurit Greenger bildirib.

"News Blaze", "Jerusalem Post" və "Times of İsrael" kimi mətbuat orqanlarının yazarı olan xanım Greenger qeyd edib ki, hər bir seçki yeni bir mərhələnin başlanğıcı kimi də xarakterizə olunur və ölkənin tarixində inkişaf və islahat mərhələsi kimi qəbul edilir. “Azərbaycanda seçkiyə hazırlıq prosesi qanunvericiliyə uyğun şəkildə davam edir. Bu, seçkilərin normal və müsbət ab-havada keçəcəyini deməyə əsas verir. Ümid edirəm ki, prezident seçkilərində Azərbaycan xalqı ən doğru seçimini edəcək”,- deyə Nurit Greenger vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...