Seçkilərin azad və ədalətli keçirilməsi üçün siyasi iradə mövcuddur

"Azərbaycanda aprelin 11-də baş tutacaq prezident seçkilərinin azad və ədalətli keçilməsi üçün siyasi iradə mövcuddur". Sechki-2018.az saytının xəbərinə görə, bu fikirləri Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov deyib.

Seçki mühitini yüksək qiymətləndirən A.Xəlilov söyləyib ki, seçki hazırlığı, namizədlərin irəli sürülməsi və digər məsələrdə heç bir problem yoxdur.

"Dövlətin seçkilərə hazırlığında yüksək peşəkarlıq və mütəşəkkilik mövcuddur. Bütün namizədlərə eyni şərait yaradılıb. İddialı şəxslər namizədliklərini sərbəst şəkildə irəli sürüb və imzatoplama kampaniyasına başlayıblar. Hazırki mərhələyədək heç bir problem yaşanmayıb. Bütün bunlar göstərir ki, Azərbaycanda seçki mühiti normaldır və 11 aprel seçkiləri demokratik və şəffaf şəkildə baş tutacaq”, - deyə, birlik sədri qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...