Xaçmazda imzatoplama kampaniyası uğurla həyata keçib

Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatı 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi Cənab İlham Heydər oğlu Əliyevin namizədliyinin müdafiəsi məqsədilə seçici imzalarının toplanması prosesini uğurla həyata keçirib.

Qeyd edək ki, ilk olaraq rayon təşkilatı tərəfindən Yeni Azərbaycan Partiyasının üzvü olan könüllülərdən ibarət qrup yaradılaraq onlarla müvafiq treninqlər keçirilib.

Beləliklə, Yeni Azərbaycan Partiyasının Sədri, prezidentliyə namizəd Cənab İlham Əliyevin müdafiəsi üçün aparılan imzatoplama kampaniyası YAP Xaçmaz rayon təşkilatı tərəfindən uğurla başa çatdırılıb.

NƏZAKƏT

Bütün xəbərlər Facebook səhifəmizdə