Quba rayonunda imzatoplama kampaniyası uğurla başa çatıb

11 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikasında keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Prezidentliyinə namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyası Quba rayonunda uğurla başa çatmışdır. Bu kampaniyada Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Quba rayon şöbəsinin 18 nəfər fəal üzvləri seçici imzalarının toplanmasına cəlb olunmuşdur. Seçici imzaları 52 saylı Quba və 53 saylı Quba–Qusar dairələri üzrə toplanmışdır. Bu imza toplama kampaniyasında seçicilər yüksək fəallıq və aktivlik nümayiş etdirmişdir.

Xalqımız, o cümlədən qubalılar Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti bir mənalı olaraq dəstəkləyir və müdafiə edir. YAP Mərkəzi Seçki Qərargahının Quba rayon şöbəsi öz işini bundan sonra da fəaliyyət proqramına uyğun olaraq davam etdirəcək.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə