Qəbələdə imzatoplanma kompaniyasında kütləvilik müşahidə olunur

Respublikamızın hər yerində olduğu kimi, Qəbələ rayonunda da 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərinə hazırlıq işləri yüksək səviyyədə aparılır. YAP Qəbələ rayon təşkilatında partiyanın Mərkəzi Seçki Qərargahının Qəbələ rayon şöbəsi yaradılmış,15 nəfər partiya fəalından ibarət qərargah üzvləri seçilmişdir. İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyasına başlanmışdır. İmzatoplama kampaniyasndan öncə, imzatoplayacaq partiya fəalları üçün trenniqlər keçirilmişdir.

19 fevral tarixindən etibarən Qəbələ rayonu üzrə 116 saylı Qəbələ Seçki Dairəsinin 54 məntəqəsinin ərazisində 700 nəfər seçicidən imza toplamaq üçün 14 nəfər YAP üzvü imzatoplama kampaniyasına cəlb olunub.

İmzatoplama kampaniyası uğurla davam etdirilir.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə