Suraxanı rayonunda imzatoplama kampaniyası başa çatıb

11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin müdafiəsi üçün Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Suraxanı rayon şöbəsi tərəfindən keçirilən imzatoplama kampaniyası uğurla başa çatıb. Ümumilikdə, Suraxanı rayonu üzrə 1200 imza toplanmış və siyahılar Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahına təhvil verilmişdir. 30 saylı Suraxanı birinci seçki dairəsi 350 imza, 31 saylı Suraxanı ikinci seçki dairəsi 450 imza, 32 saylı Suraxanı üçüncü seçki dairəsi 400 imza toplayıb.

YAP Mərkəzi Seçki Qərargahının Suraxanı rayon şöbəsində seçkilərdə ilk dəfə səs verəcək gənclərin siyahısı müəyyənləşdirilib.

Seçki qərargahının üzvləri arasında vəzifə bölgüləri aparılıb, növbətçilik qrafiki təsdiq olunub.

Rayon şöbəsinin qərargahında Qərargah üzvləri tərəfindən seçiciləri maraqlandıran məsələlərə aydınlıq gətirilib və verilən suallar cavablandırılıb.

YAP Mərkəzi Seçki Qərargahının Suraxanı rayon şöbəsinin bazasında seçici siyahıları dəqiqləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə