Zaqatala rayonunda imzatoplama kampaniyası başa çatıb

11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin müdafiəsi üçün Zaqatala rayonunda imzatoplama kampaniyası başa çatıb. Kampaniyadan əvvəl imzatoplayan fəallara treninq keçirilib, müvafiq təlimat və tapşırıqlar verilib. Toplantıda imzatoplama kampaniyası ilə bağlı görüləcək işlər, seçicilərlə aparılacaq ümumi və fərdi söhbətlər, müzakirələr olunub və iş bölgüsü aparılıb.

Yeni Azərbaycan Partiyasının Sədri, prezidentliyə namizəd Cənab İlham Əliyevin müdafiəsi üçün aparılan imzatoplama kampaniyası Zaqatala rayon şöbəsi tərəfindən böyük ruh yüksəkliyi, fəallıqla və uğurla başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə