İsmayıllı rayonunda seçkilərə hazırlıq işlərinə start verilib

11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının İsmayıllı rayon şöbəsi prezident seçkiləri ilə əlaqədar hazırlıq işlərinə start verib. Seçki prosesi ilə əlaqədar olaraq YAP Mərkəzi Seçki Qərargahının İsmayıllı şəhər şöbəsində 17 nəfər tərkibdə Seçki Qərargahı yaradılıb. Fevralın 16-dan etibarən, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Heydər oğlu Əliyevin seçkilərdə namizədliyinin qeydə alınması üçün imzatoplama kampaniyasına uğurla başlanılmışdır.

YAP İsmayıllı rayon şöbəsinin sədri Sevil Əhmədova bildirib ki, öncə imzatoplayan fəallara treninq keçirilib, imza toplamanın qaydaları bir daha izah edilib, müvafiq təlimat və tapşırıqlar verilib. Yüksək aktivlik şəraitində baş tutan prosesdə Yeni Azərbaycan Partiyasının seçki qərargahının İsmayıllı rayon şöbəsinin 14 nəfər fəalı iştirak edib. Hər bir fəal 1 imza vərəqəsini doldurmaq üçün rayonun müxtəlif kəndlərində və eyni zamanda, rayon təşkilatının qərargahında imza yığıblar.

YAP Mərkəzi Seçki Qərargahının İsmayıllı rayon şöbəsində dünən imzatoplama kampaniyası uğurla başa çatmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə