YAP imzatoplama kampaniyasını uğurla davam etdirir

Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının prezidentliyinə namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin Azərbaycan Respublikası prezidentliyinə namizədliyinin müdafiəsi üçün Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Balakən rayon şöbəsi imzatoplama kampaniyasına start verib. Seçki prosesi ilə əlaqədar olaraq, rayon şöbəsində Seçki Qərargahı yaradılıb və imzatoplama kampaniyası, eləcə də digər məsələlərlə bağlı seçki qərargahının üzvlərindən ibarət iş bölgüsü aparılıb. Sonra imzatoplamanın qaydalarını izah edərək, müvafiq təlimat və tapşırıqlar verilib.

Qeyd edək ki, seçicilər mütəşəkkil qaydada imza toplayanlara müraciət edərək könüllü şəkildə öz imzalarını verirlər. Keçirilən imzatoplama kampaniyası 20.02.2018-ci ildə başa çatdırılacaqdır.

NƏZAKƏT

Bütün xəbərlər Facebook səhifəmizdə