Ucarda imzatoplama mərasimi başa çatıb

18 fevral 2018-ci il tarixdə 91 saylı Ucar seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatı Prezidentliyə namizəd İlham Heydər oğlu Əliyevin imza toplama mərasimi başa çatıb. Milli Məclisin deputatı Vüsal Hüseynov 11 aprel 2018-ci ildə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Ucar rayon şöbəsinin üzvüləri ilə görüş keçirmişdir.

YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva qarşıda duran vəzifələr haqqında məlumat verib. Milli Məclisin deputatı Vüsal Hüseynov çıxış edərək Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənablarının seçkidə alternativi olmayan liderimiz olduğunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə