Tərtər rayonunda imzatoplama kampaniyası

Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin müdafiəsi üçün Tərtər rayonunda imzatoplama kampaniyasına başlanılıb. Qeyd olunur ki, YAP Tərtər rayon təşkilatı seçici imzalarının toplanılmasına 12 nəfər gənc fəal YAP üzvlərini cəlb edib. Həmçinin, vurğulanır ki, imzatoplama kampaniyasının uğurla başa çatdırılmasını təmin edəcək bütün tədbirlər və hazırlıq işləri yüksək təşkilatçılıqla həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə