YAP-ın Zərdab rayon təşkilatı seçkilərlə bağlı hazırlıq işlərinə start verib

11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Zərdab rayon təşkilatı prezident seçkiləri ilə əlaqədar hazırlıq işlərinə start verib. Seçki prosesi ilə əlaqədar olaraq YAP Zərdab rayon təşkilatında 13 nəfər tərkibdə seçki qərargahı yaradılıb.

Fevralın 16-dan etibarən, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Heydər oğlu Əliyevin seçkilərdə namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyasına başlanılıb.

YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova bildirib ki, öncə imzatoplayan fəallara treninq keçirilib, imza toplamanın qaydaları bir daha izah edilib, müvafiq təlimat və tapşırıqlar verilib. YAP Zərdab rayon təşkilatında artıq iki gündür ki imzatoplama kampaniyası aparılır, yüksək aktivlik və mütəşəkkillik nümayiş olunur..

Ümumilikdə rayon üzrə 350 imza toplamaq üçün 7 nəfər YAP üzvü kampaniyaya cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə