YAP Naftalan şəhər təşkilatı imzatoplama prosesinə başlayıb

Məlum olduğu kimi, 11 aprel 2018-ci il tarixdə Prezident seçkilər keçiriləcək. Yeni Azərbaycan Partiyasının şəhər və rayon təşkilatları Partiyanın İcra Katibliyi tərəfindən tərtib edilən plana və partiya rəhbərliyinin tövsüyələrinə uyğun olaraq öz işlərini qururlar. SİA-nın verdiyi məlumata görə, buna uyğun olaraq 11 aprel 2018-ci ildə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Naftalan şəhər şöbəsi artıq öz işinə başlayıb.

Yeni Azərbaycan Partiyasının Naftalan şəhər təşkilatının Seçki Qərərgahı ilk iclasını keçirib. İclasda çıxış edənlər bildirib ki, bu günə kimi keçirilən seçkilərdə daima qələbə qazanan Yeni Azərbaycan Partiyası inanırıq ki, növbəti Prezident seçkilərində də inamlı qələbə qazanacaq. Həmişə olduğu kimi Yeni Azərbaycan Partiyası bu seçkilərədə yüksək səviyyədə hazırlaşır. Partiyanın yerli təşkilatlarının bu sahədə yüksək təcrübələri var.

İclasda bildirilib ki, YAP Naftalan şəhər təşkilatıda növbəti prezident seçkilərinə yüksək səviyyədə hazırlaşır. Qeyd edilib ki, YAP Naftalan şəhər Təşkilatının Seçki Qərargahının 11 nəfər üzvü var, Seçki Qərargahının üzvüləri arasında iş bölgüsü aparılıb və sonrakı mərhələlərdə fəaliyyətimizlə bağlı tədbirlər planı hazırlanıb. Seçici siyahılarınin dəqiqləşdirilməsi ilə məşgul olan şəxslər müəyyənləşdirilib. İclasda vurğulanıb ki, ötən
seçkilərin təcrübəsindən deyə bilərik ki, uğurlu seçki kampaniyasının həyata keçirliməsi üçün əsas işlərdən biri də şəhər təşkilatı fəallarının işi və kordinasiyasının uğurlu təşkilidir. YAP Naftalan şəhər təşkilatı Seçki Qərərgahı bu məsələni daim diqqətdə saxlayır və onlar mütəmadi olaraq toplaşırlar. Bu toplantılar zamanı hər bir qərərargah üzvü gördüyü işlər haqqında məlumat verir.

Qeyd edilib ki, Naftalan şəhəri ərazisində 96 saylı Goranboy–Naftalan seçki dairəsi üzrə 5 seçki məntəqəsi yerləşir. Naftalan şəhəri üzrə 4930 seçici qeydiyyatdadır. Vurğulanıb ki, Naftalan seçiciləri həmişə olduğu kimi bu dəfədə fəallıq göstərəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...